+2 səs
121 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

«ilk atom zərbəsi endirmə» konsepsiyası nədir?

1 cavab var:

0 səs
ABŞ xarici siyasətinin hərbi-strateji istiqamətlərindən biri. Elə bir nuvə potensialı yaratmaq planlarını özündə ehtiva edir ki, ilk nüvə zərbəsi endirməklə dövləti cavab zərbəsindən qorusun, yaxud heç olmazsa, bu zərbəni minimuma endirmiş olsun. ABŞ-da ilk zərbə endirmək fürsəti ordunun atom silahı ilə təchiz edilməsindən dərhal sonra hakim dairələri düşündürməyə başlamışdır. Qərargah rəislərinin Birləşmiş Komitəsinin 19.XI.1945 il 1496/2 saylı Memorandumunda nəzərdə tutulurdu ki, ABŞ hökuməti «lazım gələrsə, ilk zərbə endirməyə qadir olmalıdır». Belə zərbə endirmə məs., ABŞ Milli Təhlükəsizlik Şurasının 23.XI.1948 il NSC-20/4 saylı memorandumu əsasında 19.XII.1949 ildə işlənib hazırlanmış NSC-1920/5 saylı «Dropşot» planında nəzərdə tutulub. Keçmiş SSRİ-də nüvə silahının yaradılması, deməli «əvəzçıxma»nın qaçılmaz olması ilə ilk nüvə zərbəsi planları kəsərdən düşdü.

Oxşar suallar

+2 səs
1 cavab
soruşub 11 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+1 səs
1 cavab
soruşub 24 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
soruşub 07 Fevralda, 20 anonim Qanun, Hüquq bölməsində
+1 səs
1 cavab
0 səs
1 cavab
...