Bir dövlətin digər dövlətə məxsus ərazisi- un (Dövlətin ərazisi) zorakı yolla birləşdirməsi (işğalı). İlhaq iri dövlətlərinin təcrübəsində geniş yayılmışdır, məs., 1900 ildə Böyük Britaniyanın Bur respublikasını və Kipr adasını işğal etməsi, XIX əsrin sonunda ABŞ-ın Havay adamını. 1911 ildə Italıyənın Tripolitaniya və Kirenainkanı və 1936 ildə Efiopiyanı. Sovet Rusiyasının Zaqafqaziyanı, Orta •Asiyanı, Baltikyanı respublikaları və s. işğal etməsi.
İlhaq beynəlxalq hüququn kobud çəkildə pozulmasıdır. Millətlər Cəmiyyətinin Nizamnaməsinin 10-cu maddəsində dövlətlərin üzərinə cəmiyyət üzvlərinin ərazi bütövlüyünə hörmət etmək öhdəlikləri qoyulurdu. BMT Nizamnaməsi BMT üzvlərinə öz mübahisələrini dinc vasitələrlə həll etməyi (Beynəlxalq münaqişələrin sülh yolu ilə həll edilməsi), hər hansı dövlətin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı güc tətbiq etməkdən və ya hədə-qorxu gəlməkdən çəkinməyi, eləcə də xalqların bərabərhüquqlu və öz müqəddəratını təyin etmək prinsipinə (Xalqların (millətlərin) öz müqəddəratını təyin etmək hüququ) hörmət etməyi tövsiyyə edir (maddə 1 və 2). Bununla da ərazilərin ilhaq yolu ilə birləşdirilməsinin qanunauyğunluğu istisna edilir. Beynəlxalq təcrübədə açıq şəkildə İlhaqı özgə əraziləri işğal etməyin müxtəlif pərdələnmiş formaları (mandat və qəyyumluq rejimindən suistifadə, oyuncaq hökumətlərin yaradılması və himayə edilməsi) ilə əvəz etmək cəhdləri olmuşdur.
BMT-nın 1965-ci ıl Bəyannaməsi dövlətlərin daxılı işlərinə qarışmağın yolverilməzliyini (Qarışmamaq prinsipi), onların müstəqilliyi və suverenliyinin müdafiə olunmasını elan etmişdir.