+2 səs
174 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

İqtisadi zona nədir (dəniz hüququnda)?

1 cavab var:

0 səs
1982 il BMT-nin Dəniz hüqucu Konvensiyasına (Beynəlxalq konvensiya) müvafiq olaraq, iqtisadı zona - ərazi sulara bitişən 200 mil enmədən dəniz rayonudur. Bu məsafə məhə; sularda olan çıxış xətlərindən hesablanır və sözügedən konvensiyada göstərilən hüquqi rejim ona da şamil edilir.
Sahilləri qarşı-qarşıya duran yaxud qarışıq olan dövlətlər arasınca iqtisadi zonanın həddi beynəlxalq hüquq normalarına uyğun olaraq müəyyən edilir.
Sahilyanı dövlət öz iqtisadi zonada kəşfiyyat işləri aparmaqda, dənizin dibində istər canlı, isərsə də cansız təbii ehtiyatlardan istifadədə, sudan, axardan və küləkdən enerci hasil etməkdə suveren hüquqlara malikdir. Bundan əlavə sahilyanı dövlət süni adalar salınmasına, qurğu və tikililər yaradılmasına və onlardan istifadə olunmasına, dənizdə elmi-tədqiq işləri aparılmasına, habelə İqtisadi zonanın mühafizəsi və qorunub saxlanmasına münasibətdə yurisdiksiyaya (hüquqi səlahiyyətə) malikdir.
İqtisadi zonada bütün dövlətlər, o cümlədən dənizə çıxışı olmayan dövlətlər açıq dənizin hamılıqla tanınan sərbəstlik imtiyazlarından bəhrələnirlər. Məhəlli sulardan fərqli olaraq iqtisadi zona sahilyanı dövlətin ərazisi sayılmır; bu dövlətin suveren huquqları və yurisdiksiyası (Dövlətin suverenliyi: Dövlətin yurisdiksıyası) burada məhdud xarakter daşıyır.
Sahilyanı dövlət İqtisadi zonada öz suveren hüquqlarını həyata keçirmək üçün göstərilən Konvensiyaya müvafiq qaydada nəzarət aparmaq və öz qanunlarının həyata keçirilməsini təmin etmək üzrə tədbirlər görmək hüququna malikdir.

Oxşar suallar

+1 səs
2 cavab
soruşub 23 Yanvarda, 21 anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
+2 səs
1 cavab
soruşub 19 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
...