+2 səs
71 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

İqtisadi əməkdaşlıq və inkişaf təşkilatı nədir?

1 cavab var:

+1 səs
 
Beynəlxalq hökumətlərarası təşkilat, ABŞ-ın təşəbbüsü ilə 1961 ildə «Marşal planını» həyata keçirən Avropa iqtisadi Əməkdaşlıq Təşkilatının əvəzinə yaradılıb. ABŞ, Avstraliya, Avstriya, Almaniya, Belçika, Böyük Britaniya, Danimarka, İrlandiya İsveç, İsveçrə, İslandiya, İspaniya, İtaliya, Yaponiya, Yeni Zelandiya, Yunanıstan, Kanada, Lüksemburq, Norveç. Portuqaliya, Finlandiya, Fransa, Hollandiya və s. ölkələr bu təşkilatın üzvlə- ridirlər.
Təşkilatın başlıca məqsədi - iqtisadi yüksəlişə, maliyyə sabitliyinə, geniş məşğulluğa və qarşılıqlı ticarətin genişlənməsinə yönələn razılaşdırılmış siyasət işləyib hazırlamaq olmuşdur.
Təşkilatın işində Avropa cəmiyyətlərinin, Avropa Azad Ticarət Assosiasiyasının nümayəndələri iştirak edirlər. Təşkilat bir sıra beynəlxalq təşkilatlarla (YUNESKO, BMT-nin Ticarət və inkişaf konfransı, BMT-nin Ərzaq və Kənd- təsərrüfatı Təşkilatı və s.) əməkdaşlıc edir.
Təşkilatın ali orqanı - tərkibi iştirakç ölkələrin nümayəndələrindən ibarə: Şuradır; Şuranın ildə bir dəfə keçirilər iclasında təşkilatın başlıca siyasət xətt müəyyən edilir. Qərargahı Parisdədir.

Oxşar suallar

...