+2 səs
136 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

İcra sazişləri nədir?

1 cavab var:

0 səs
ABŞ prezidenti tərəfindən bağlanan və senatın təsdiqinə ehtiyacı olmayan beynəlxalq müqavilələr. Bəzi digər ölkələrdə də tətbiq edilir.
ABŞ Konstitusiyası prezidentin yalnız senatın razılığı ilə beynəlxalq müqavilələr bağlamaq hüququnu nəzərdə tutur. Lakin təcrübədə çox geniş yayılmış i.s. sistemi təşəkkül tapıb. Bu sistemin əsası Konqresin 1792 ildə qəbul etdiyi sənəd ilə qoyulmuşdur. Sənəd ABŞ-ın Baş poçtmeystrinə səlahiyyət verir ki, prezidentin məsləhəti və razılığı ilə senata təqdim etmədən xarici dövlətlərlə poçt sazişləri bağlasın. 1815 ildən etibarən konqresin qəbul etdiyi bir sıra qərarlar prezidentə gömrük və ticarət sazişləri bağlamaq sahəsində geniş səlahiyyətlər verir, icra sazişləri bəzən siyasi məsələləri də əhatə edir.
ABŞ-ın SSRİ-ni tanımasına və hər iki dövlət arasında diplomatik əlaqələrin yaradılmasına dair 16.XI.1933 il sazişi, Ticarətə dair 13.VII.1935 il SSRİ - ABŞ sazişi, ikinci dünya müharibəsi dövründə lend-liz müahidəsi və Atlantika xartiyası əsasında hərbi sursat göndərilməsinə dair sazişlər icra sazişləri şəklində bağlanmışdır.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 08 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
soruşub 21 Yanvarda, 20 anonim Şəxslər, Tarix bölməsində
+3 səs
1 cavab
+2 səs
1 cavab
soruşub 20 Yanvarda, 20 anonim Şəxslər, Tarix bölməsində
+2 səs
1 cavab
soruşub 20 Yanvarda, 20 anonim Şəxslər, Tarix bölməsində
...