+3 səs
48 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Xarici siyasətin vasitələri nədir?

1 cavab var:

+2 səs
 
Dövlətin beynəlxalq aləmdə öz məqsədlərinə çatmaq, beynəlxalq münasibətlər sisteminə təsir etmək uçün istifadə etdiyi vasitələrin məcmusu. Xarici siyasətin vasitələri informasiya və maddi xarakterli ola bilər. Diplomatik kanallarla həyata keçirilən əlaqələr, beynəlxalq aləmdə istifadə edilən təbliğat formaları informasiya xarakterli Xarici siyasətin vasitələridir. Xarici siyacət əlaqələri, iqtisadi yardım, elmi-texniki əməkdaşlıq, kreditlər verilməsi, əvəzsiz yardım və s. iqtisadi vasitələr maddi xarakterli Xarici siyasətin vasitələridir. Xarici siyasətin vasitələri kimi embarqo, boykot, iqtisadı blokada, güclə hədələmə və başqa iqtisadi və siyasi təzyiq formalarından istifadə edilir.
Xarici siyasətin vasitələrinin bütün kompleksi dövlətin xarici siyasəti sahəsindəki gücünü və imkanlarını, dünyadakı qüvvələr nisbətində onun yerini müəyyənləşdirən xarici-siyasət potensialını təşkil edir.

Oxşar suallar

+3 səs
1 cavab
+3 səs
1 cavab
+3 səs
1 cavab
+3 səs
1 cavab
soruşub 10 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 10 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
...