Ayrı-ayrı dövlətlər, xalqlar, məhəlli və beynəlxalq təşkilatlarla münasibətlər qurmaq məqsədilə dövlətin, müəyyən etdiyi prinsiplərə uyğun olaraq, müxtəlif vasitə və metodlarla həyata keçirdiyi ümumi siyasət. Xarici siyasət dövlətin müəyyənləşdirdiyi məqsədlərə çatmaq üçün daha əlverişli beynəlxalq şəraiti təmin etməyə yönəldilmişdir. Diplomatiya Xarici siyasətin əsas vasitəsidir.