Hər bir millətin onun dövlət mövcudluğu haqda məsələni müstəqil şəkildə həll etmək hüququdur. Xalqlar daxil olduqları dövlətdən ayrıla və müstəqil dövlətlərini qura bilərlər, digər xalqlarla birlikdə federativ dövlət (Federasiya') qura bilər, ya da milli muxtariyyət əsasında dövlət yarada bilərlər; bir neçə xalq könüllü ittifaq əsasında unitar dövlət qura bilər. Çağdaş beynəlxalq hüququn əsas müddəlarından olan bu prinsip BMT-nin Nizamnaməsinin «Xalqların bərabərliyi və öz müqəddəratını müəyyən etmək hüququ» adlı ikinci bəndində təsbit olunmuşdur.