+2 səs
97 baxış
Terminlər, Sözlər bölməsində

Alın təri ilə qazanmaq ifadəsi

1 cavab var:

+1 səs
 
Dolanışığını əzab-əziyyətlə, çox çətinliklə, halallıqla təmin etmək.

İfadə Şərqdə geniş yayılmış dini rəvayətlərdən qaynaqlanır.

Həmin rəvayətlərin birində deyilir ki, guya Allah günah işlətmiş Adəmi cənnətdən qovanda ona demişdi ki, sən çörəyini alın təri ilə qazanıb yeyəcəksən. «Bibliya»da həmin sözlər bu şəkildə göstərilir: «Yarandığın torpağa qayıdana qədər sən alın təri ilə çörək yeyəcəksən, çünki sən torpaqdansan və torpağa da qayıdacaqsan».

Dini əfsanələrlə bağlı olduğu üçün bu ifadə bir çox dillərdə geniş yayılmış və bədii əsərlərdə də işlənməkdədir; məsələn, M.F.Axundzadənin Hacı Qarası biçinçi ermənilərin qabağını kəsdiyi məşhur səhnədə deyir: «Qırışmal uşağı, xalq əzab çəksin, alın təri ilə mal qazansın, siz müftə yerə sahiblik edin?! Bu harda görünüb?»

Doğruluq, dürüstlük, halallıqla yaşamağın vacibliyinin təbliğ olunduğu məqamlarda bu ifadə geniş işlənir.

Oxşar suallar

+2 səs
1 cavab
soruşub 10 Yanvarda anonim Terminlər, Sözlər bölməsində
+1 səs
1 cavab
soruşub 22 Yanvarda anonim Bürclər, Fal, Magiya bölməsində
+3 səs
1 cavab
soruşub 10 Yanvarda anonim Terminlər, Sözlər bölməsində
+2 səs
1 cavab
soruşub 10 Yanvarda anonim Terminlər, Sözlər bölməsində
+2 səs
1 cavab
soruşub 10 Yanvarda anonim Terminlər, Sözlər bölməsində
...