+2 👍
143 👀
Terminlər, Sözlər

Aldım qoz, satdım qoz ifadəsi 

1 Ответ

0 👍
Xeyirsiz, faydasız ticarət aparmağı, ümumiyyətlə, hər hansı uğursuz alış-verişi sәciyyәlәndirmәk üçün işlәdilən ifadə.

Tam şәkli «aldım qoz, satdım qoz, mənә qaldı şaxşaxı» formasında olan bu ifadә xalq arasında geniş yayılmış əhvalatla bağlı yaranmışdır.

Birisi hər gün bazara çıxar, guya alver edərmiş. Yəni kilosu beş manata olan qozu alıb elә oradaca da һәmin qiymәtә satarmış. Bir gün ondan belə mənasız hərəkətinin səbəbini soruşurlar:

– Aşna, bu nә demәkdir? Bəs sən bu minvalla bazarda һavayı vaxt itirib nə qazanırsan?

– Allaһ bərəkət versin! – deyir һәmin adam. Sonra da əlavə edir ki: – Düzdür, bu alış-verişdə mənim elə bir qazancım olmur, amma biləsiniz ki, qozların şaqqıldamasından çox xoşum gәlir.

Bəzən situasiyanı xarakterizə edərkən bu ifadənin qarşılığı kimi məzmunca yaxın olan «Molla Nәsrәddinin yumurta alış-verişi» ifadəsi də işlədilir.

Похожие вопросы

...