+2 👍
154 👀
Terminlər, Sözlər

"Ala qarğa" ifadəsi

1 Ответ

0 👍
Qeyri-adi, başqalarından fərqlənən, seçilən, həm də müəyyən qədər adamlara yovuşmayan şəxslər haqqında daha çox mənfi çalarda işlədilən ifadə.

İfadə Roma şairi Yuvenalın satirasından qaynaqlanmışdır.

Təbiətdə ağ rəngli heyvanlara nadir hallarda rast gəlinir, onları albinos, ifadəni isə albinizm (lat. «albus» – ağ) adlandırırlar. Qarğalar arasında da albinoslara rast gəlmək olar, amma bu, nadir hallarda baş verir. Digərlərindən kəskin fərqlənən insanları «ağ qarğa» adı ilə ilk dəfə Qədim Roma şairi Yuvenal 7-ci satirasında müqayisə etmişdir: «Fələk qullara çarlıq, əsirlərə qələbə verir, amma belə xoşbəxtlər ağ qarğalardan da az olur».

Yuvenalın bu müqayisəsi bəyənilmiş və ifadə geniş işlənməyə başlamışdır. İfadə öz xüsusi keyfiyyətlərinə görə ətrafındakılardan kəskin fərqlənən insanları səciyyələndirmək üçün işlədilir.

Похожие вопросы

...