Doğrudan da, Fransadakı Nitsa və Biarrits, Almaniyadakı Baden-Baden, Çexiyadakı Karlovı Varı, İsveçrədəki Davos, Bol-qarıstandakı Vama, Krımdakı Yalta, Şimali Qafqazdakı Kislovodsk, Qara dəniz sahilindəki Soçi kimi kurort şəhərləri dünya şöhrətinə malikdir.
Bəzən o qədər də komfort olmayan iri kurortlarla yanaşı, dənizə və qayalara sıxılmış və ya mənzərəli dağ çökəkliklərində yerləşmiş çoxlu kiçik kurort şəhərciyi də mövcuddur. Çox vaxt belə şəhərlər böyük aqlomerasiyaların tərkibinə daxil olur - Fransadakı Lacivərd sahilləri, Krımda Böyük Yalta. Lakin onlar daha çox müalicəvi su mənbələri, duz şaxtaları yanında, iri şəhərlərin şəhərətrafı zonalanndakı gözəl ərazilərə səpələnmişdir.