Bütün hakimiyyətin qeyri-məhdud olaraq bir adamın – monarxın əlində cəmləşdiyi dövlət hakimiyyəti forması, mütləq monarxiya.
Dövlət hakimiyyətinin yüksək dərəcədə mərkəzləşmə forması olan A.-də xalq qanunvericilik prosesində iştirakdan və idarəetmə sahəsinə nəzarətdən təmamilə kənarlaşdırılır. Qərbi Avropa ölkələrində A.-in çiçəklənməsi dövrü XVII–XVIII, Rusiyada isə XVIII–XIX əsrlərə təsadüf edib. XXI əsrin əvvəllərində Səudiyyə Ərəbistanı, Qatar, Vatikan və bəzi digər dövlətlərdə A. hökm sürür.