+2 səs
123 baxış
Terminlər, Sözlər bölməsində

"Ağzına su alıb oturmaq" ifadəsi 

1 cavab var:

0 səs
Susmaq, danışmamaq, səsini çıxarmamaq, haqqında danışılan vacib bir məsələyə reaksiya verməmək, bir şeyə münasibət bildirməmək.

İfadə el arasında yayılmış bir lətifə ilə əlaqədar formalaşmışdır.

Həddən artıq deyingən bir gəlin öz zəvzəkliyi ucbatından əri ilə heç cür yola gedə bilmirmiş. Əri hər nə desə, ona cavab qaytarar, onun hər sözünə bir qulp qoyar, hər hərəkətinə etirazını bildirərmiş. Nəticədə evdə həmişə dava-dalaş olurmuş.

Günlərin birində arvad öz evlərindəki bu vəziyyəti anasına danışır, əri ilə özü arasında olan narazılığı aradan qaldırmaq üçün məsləhət istəyir. Anası məsləhət görür ki, ərin evə gələn kimi ağzına su alıb saxla. Ana bərk-bərk tapşırır ki, kişi evdə olduğu müddətdə bu suyu nə qaytar, nə də iç, sadəcə ağzında saxla və danışma.

Bundan sonra əri hər dəfə evə gələndə arvad ağzına su alıb oturur, əri hər nə desə də, ağzında su olduğu üçün cavab qaytara bilmir, beləliklə, susmağı öyrənir və ər-arvad arasında tədricən mehribanlıq yaranır.

Oxşar suallar

+2 səs
1 cavab
soruşub 09 Yanvarda anonim Terminlər, Sözlər bölməsində
+2 səs
1 cavab
soruşub 09 Yanvarda anonim Terminlər, Sözlər bölməsində
+2 səs
1 cavab
soruşub 10 Yanvarda anonim Terminlər, Sözlər bölməsində
+2 səs
1 cavab
soruşub 10 Yanvarda anonim Terminlər, Sözlər bölməsində
+3 səs
1 cavab
soruşub 10 Yanvarda anonim Terminlər, Sözlər bölməsində
...