+2 səs
83 baxış
Terminlər, Sözlər bölməsində
"Ağzı isti yerdədi" ifadəsi

1 cavab var:

0 səs
Bir işin əsl mahiyyətini bilmədən başqalarını ittiham edən adamlara münasibətdə işlədilən qınayıcı ifadə.

İfadə südəmər uşağın daim bələkdə olması, isti-soyuq görməməsi ilə bağlı yaranmışdır.

Bu obrazlı ifadə ilkin mənasında dünyadan xәbәrsiz körpә uşaqları sәciyyələndirmәk üçün işlədilmişdir. Dünyanın heç bir isti-soyuğunu görmәyәn körpәnin ağzı isti ana südündən başqa heç nә dadmamış olur. Axı bu isti ana südündən başqa, dünyada soyuq şeylәr dә var ki, bunları körpә hələ görmәmiş, dadmamışdır. «İsti-soyuq görməmək» ifadәsi də buradan meydana gəlmişdir.

Dilimizdə bu ifadәnin «ağzın istidir» şәkli də mövcuddur.

Oxşar suallar

+2 səs
1 cavab
soruşub 09 Yanvarda anonim Terminlər, Sözlər bölməsində
+2 səs
1 cavab
soruşub 09 Yanvarda anonim Terminlər, Sözlər bölməsində
+2 səs
1 cavab
soruşub 10 Yanvarda anonim Terminlər, Sözlər bölməsində
+2 səs
1 cavab
soruşub 10 Yanvarda anonim Terminlər, Sözlər bölməsində
+3 səs
1 cavab
soruşub 10 Yanvarda anonim Terminlər, Sözlər bölməsində
...