+3 səs
95 baxış
Terminlər, Sözlər bölməsində

"Ağlamayım, neyləyim?!" ifadəsi

1 cavab var:

0 səs
İnsanın düşdüyü ağır vəziyyətdən çıxış yolu tapa bilmədiyini, yalnız fəlakətə, dərdə ağlayıb ürəyini boşaltmaqla təskinlik tapdığını bildirən ifadə.
İfadə Molla Nəsrəddinin geniş yayılmış bir lətifəsindən qaynaqlanıb.
Həmin lətifədə deyilir ki, Mollanın yaxşı süd verən inəyi var imiş. Həmin inəyin sayəsində öz güzəranını qurubmuş. Günlərin bir günü inək xəstələnib ölür. Molla bu itkiyə görə çox pərişan olub gecə-gündüz ağlayır. Onun belə pəjmürdə halını görən qonum-qonşu təəccüblənib soruşur:
– Ay Molla, heç ötən il arvadın öləndə bu qədər üzülüb özünə əl qatmırdın, nə olub indi bir inək üçün bu qədər göz yaşı tökürsən?
Molla deyir:
– Ötən il arvadım öləndə qonşu, qohum-əqrəba – hamı yaxınlaşıb mənə təskinlik verir, «kədərlənmə, sənə ondan da yaxşı arvad alarıq» deyirdilər, mənim də dərdim azalırdı. Amma indi heç bir nəfər də yaxınlaşıb demir ki, «qorxma, sənə ondan da yaxşı inək alarıq». Bax indi mən ağlamayım, neyləyim?!

Oxşar suallar

+2 səs
1 cavab
soruşub 10 Yanvarda anonim Terminlər, Sözlər bölməsində

...