+3 👍
118 👀
Terminlər, Sözlər

"Ağıldan bəla" ifadəsi 

1 Ответ

0 👍
Adi adamların yüksək ağıl sahiblərini düzgün başa düşə bilməməsindən, anlamamasından doğan vəziyyəti bildirmək üçün işlədilən ifadə.

İfadə rus yazıçısı və diplomatı Aleksandr Qriboyedovun eyniadlı məşhur komediyasının dilimizə tərcüməsi ilə əlaqədar yayılmışdır.

Əslində, bu məşhur ifadənin ən qədim variantı «ağlı çox olanın dərdi də çox olur» şəklində müqəddəs «Bibliya»da işlədilmişdir.

A.Qriboyedovun adıçəkilən əsərində təsvir olunur ki, cahillər mühitinə düşmüş yeganə ağıllı, nəcib, əsl insan olan A.Çatskidir. Ətrafı bürümüş yalana, ikiüzlülüyə, mənəviyyatsızlığa, riyakarlığa qarşı mübarizə aparan A.Çatski məhz ağlına görə bəlaya düçar olur.

Похожие вопросы

...