+3 səs
81 baxış
Terminlər, Sözlər bölməsində

"Ağıl olmasa, bəxt neyləsin?" ifadəsi

1 cavab var:

+1 səs
 
Həyatın, güzəranın xoş keçməsi, işlərin yoluna düşməsi naminə insanın bəxti gözləmək əvəzinə ağıl işlədib fərasət göstərməsinin vacib olduğunu bildirən ifadə.

Xalq inancına əsaslanan bu ifadə el arasında yayılmış rəvayətlə bağlıdır.

Rəvayətə görə, bir gün ağıl ilə bəxt gəzməyə çıxırlar. Cavan cütçünü yer şumlayan görən bəxt, ağıla onu kamal və dövlətə çatdırmaq üçün bu gəncin bədəninə daxil olmağı təklif edir. Ağıl cütçüyə bir də baxır və bu adamdan bir şey çıxmayacağını söyləyib razı olmur, bəxt isə gəlib oğlanın bədəninə girir.

Cütçü qazılıb çevrilmiş torpağı bel ilə əzib yumşaldarkən onun içərisindən par-par parıldayan böyük bir daş tapır. Onu əlinə götürüb bir qədər baxır, ağlı olmadığı üçün adi daş zənn edib kənara tullayır.

Bu vaxt təsadüfən onun yanından keçən atlı hələ uzaqdan daşın parıltısını görüb atından yerə enir. Daşın misilsiz qiymətə malik olduğunu yəqin etdikdən sonra cütçüyə müraciətlə daşı ona satmasını istəyir. Cütçü cavabında deyir:

− Xoşun gəlirsə, götür, o daş mənim nəyimə gərəkdir?!

Atlı iri ləl parçasını götürüb gedir. Bir padşahın xəzinəsində onu dəyişib əvəzində çoxlu qızıl alır və cah-calal içərisində yaşamağa başlayır. Bir gün bu var-dövləti ona bağışlamış kəndlinin yaxşılığından çıxmaq fikrinə düşür, cütçünü tapıb onu təzə tikdirdiyi imarətə dəvət edir və qızını da ona verməyə razı olduğunu söyləyir. Oğlan gəlib evə baxır, mətbəxdən keçərkən bir parça çörəklə bir tikə pendir götürüb çuxasının altında gizlədir, xəlvət yerdə yemək məqsədilə həyətə çıxır.

Qızın atası onu axtarmağa başlayır. Oğlan elə bilir ki, pendir-çörək oğurladığını başa düşərək onu tapmaq istəyirlər. Buna görə də qorxusundan qaçır.

Oğlanın bu axmaq hərəkətlərindən təngə gəlmiş bəxt öz-özünə:

− Düzdür, deyirlər, adamın gərək bəxti olsun, amma mən nə qədər çalışsam da, ağılın köməyi olmadığı üçün bir iş görə bilmədim, − deyir.

Beləliklə, bəxt də onu tərk edib gedir.

Bu ifadə həm də fatalizmə (həddindən artıq taleyə, bəxtə inam) qarşı işlədilir.

Oxşar suallar

+3 səs
1 cavab
soruşub 09 Yanvarda anonim Terminlər, Sözlər bölməsində
+3 səs
1 cavab
soruşub 09 Yanvarda anonim Terminlər, Sözlər bölməsində
+2 səs
1 cavab
soruşub 19 Apreldə anonim Bürclər, Fal, Magiya bölməsində
+2 səs
1 cavab
soruşub 10 Yanvarda anonim Terminlər, Sözlər bölməsində
+2 səs
1 cavab
soruşub 10 Yanvarda anonim Terminlər, Sözlər bölməsində
...