+3 səs
90 baxış
Terminlər, Sözlər bölməsində

"Adəmdən Xadəmə" ifadəsi

1 cavab var:

0 səs
«Qədimdən bu günədək», «bütün zamanlarda», «bəşər tarixi boyunca», «dünya yaranandan bu günә kimi» mənalarında işlədilən ifadə.

İfadə qədim dini təsəvvürlәrdən qaynaqlanaraq bu gün də geniş işlənməkdədir.

Həmin təsəvvürlərә görә, Adәm dünyada yaranmış birinci insan və ilk peyğəmbərdir. Xatәm dedikdə isә sonuncu peyğәmbәr, yəni islam dininin yaradıcısı, «xatәm-ül әnbiya» adlandırılan Mәhәmmәd peyğəmbər (570–632) nәzәrdә tutulur. İran salnaməçisi Əbu Cəfər Tәbәrinin (838–923) mәşhur «Tarix» əsərindә deyilir ki, «Tanrı-tәali Adәmә onun üçün «Adәm» adı verdi ki, onu yerin әdimindәn, yəni torpağın üst qatından yaratmışdı».

El arasında bəzən «Adəmdən qalma», yaxud «Nuh əyyamından (Nuh peyğəmbərdən) qalma» ifadələri də işlədilir ki, bunların hamısı məcazi mənada bir şeyin köhnə, vaxtı keçmiş, çox qədimdən qalma olduğunu bildirir.

Oxşar suallar

+2 səs
1 cavab
soruşub 10 Yanvarda anonim Terminlər, Sözlər bölməsində

...