+2 səs
100 baxış
Terminlər, Sözlər bölməsində

"Adı it dəftərində də yoxdur" ifadəsi

1 cavab var:

0 səs
Hörməti, nüfuzu olmayan, öz çevrəsində sayılmayan, ciddi qəbul edilməyən adamlar haqqında kəskin mənfi çalarda işlədilən ifadə.

İfadə vergiyə cəlb etmək məqsədilə əhalinin siyahıya alınması, adların xüsusi dəftərə yazılması ilə bağlı yaranmışdır.

Hələ XIII əsrdə monqol hakimləri işğal etdikləri yerlərdə əhalini siyahıya alırdılar. Məqsəd əhalidən toplanan vergini tənzimləmək idi. Vergi dəftərinə iş qabiliyyəti olan bütün kişilərin adı düşürdü. Qanuna görə, qadınların, qocaların və uşaqların adları həmin dəftərə yazılmazdı. Adı siyahıya düşənlər mütləq vergi ödəməli idilər, bu səbəbdən də adın dəftərə yazılması çox pis, bəd hadisə, fəlakət sayılırdı.

Ad dəftəri tutmaq, siyahı yazmaq Azərbaycanda çar Rusiyası dövründə də tətbiq olunurdu. Əbdürrəhim bəy Haqverdiyevin «Mütrüb dəftəri» hekayəsində adamların özlərinin və uşaqlarının adlarının dəftərə düşməsindən necə əndişələndiklərindən maraqlı bədii detallarla bəhs olunur.

Beləliklə, adın dəftərə düşməsinə uğursuz bir hadisə kimi yanaşıldığından «ad dəftəri» danışıq dilində kəskin mənfi məna kəsb edərək «it dəftəri» şəklini almışdır. Adın bu dəftərə yazılması, düşməsi bir bədbəxtlikdirsə, oraya düşməməsi də daha dəhşətli bədbəxtlik idi: yəni nə qədər zəlil, zavallıdır ki, adı heç it (ad) dəftərində də yoxdur.

Oxşar suallar

+2 səs
1 cavab
soruşub 09 Yanvarda anonim Terminlər, Sözlər bölməsində
+2 səs
1 cavab
soruşub 10 Yanvarda anonim Terminlər, Sözlər bölməsində
+2 səs
1 cavab
soruşub 10 Yanvarda anonim Terminlər, Sözlər bölməsində
+3 səs
1 cavab
soruşub 10 Yanvarda anonim Terminlər, Sözlər bölməsində
+2 səs
1 cavab
soruşub 10 Yanvarda anonim Terminlər, Sözlər bölməsində
...