+2 səs
185 baxış
Terminlər, Sözlər bölməsində

"Adamı adam yanına göndərdilər, məni də sizin" deyimi

1 cavab var:

+1 səs
Birinin qarşısındakı insanı aşağılamaq məqsədilə verdiyi düşünülməmiş, kobud suala cavab olaraq işlədilən deyim.

İfadə Yaxın Şərq ölkələrində hazırcavablığı ilə tanınmış Anastratdin xoca ilə bağlı yayılmış əhvalatdan qaynaqlanmışdır.

Həmin əhvalatda deyilir ki, bir qoşun başçısı öz ordusu ilə Anastratdin yaşayan kənddən keçirmiş. Kənd camaatı hörmət əlaməti olaraq xocanı onun pişvazına çıxıb salamlamağa göndərir. Anastratdin yanında üç-dörd ağsaqqalla birlikdə kəndə yaxınlaşan ordunun qabağına çıxır. Xoca qabağa yeriyib sərkərdəyə «xoş gəlmisiniz» deyib salamlayır. Təkəbbürlü qoşun başçısı bir qədər cılız və yöndəmsiz görünüşü olan Anastratdinə narazı-narazı baxıb üz-gözünü turşudur.

– Doğrudanmı, buranın camaatı fərli bir adam tapa bilməyib ki, məni qarşılamağa səni göndəriblər? – deyə ikrahla soruşur.

Hazırcavab Anastratdin ədəbsiz qoşun başçısının cavabını dərhal verir:

– Elədir ki var, cənab! Əlbəttə, adam var idi, amma onu adam yanına göndərdilər, məni isə sizin.

Oxşar suallar

+2 səs
1 cavab
+2 səs
1 cavab
soruşub 09 Yanvarda anonim Terminlər, Sözlər bölməsində
+2 səs
1 cavab
+2 səs
1 cavab
soruşub 13 Yanvarda anonim Bürclər, Fal, Magiya bölməsində
...