+2 səs
78 baxış
Terminlər, Sözlər bölməsində
"Adam da artistin pulunu əvvəldən verər?!" ifadəsi

1 cavab var:

+1 səs
İş bitmədən, göstərilən fəaliyyətin konkret nəticəsi olmadan icraçıya pul ödənilməsinin doğru olmadığını bildirən ifadə.

İfadə baş rolda Rəşid Behbudovun oynadığı məşhur «Bəxtiyar» filmindən (1955) qaynaqlanır.

Filmdə klub rəhbəri Ağabala mərkəzdən özfəaliyyət işlərini yoxlamağa gəlmiş komissiya qarşısında vəziyyətdən çıxmaq üçün öz qohumlarına peşəkar artistləri cəlb etmək tapşırığı verir. Onlar da öz növbələrində tapşırığın öhdəsindən gəlmək üçün kontrabasçı, rəqqaslar və s. dəvət edirlər.

Xeyli komik vəziyyətlərin yaranmasına səbəb olan çıxışlar əsnasında aktyorların qonorarlarının qabaqcadan ödənildiyini bilən Ağabala qohumlarının fərsizliyini və qurduğu hiylənin baş tutmadığını görərək: «Adam da artistin pulunu əvvəldən verər?!» – deyə hiddətlənir.

Görülən hər hansı işin nəticəsini gözləmədən icraçıya pul ödənilməsinin məqsədəuyğun olmadığını bildirmək üçün işlənən ifadə bizim günlərdə də xeyli populyardır.

Oxşar suallar

+2 səs
1 cavab
+2 səs
1 cavab
soruşub 10 Yanvarda anonim Terminlər, Sözlər bölməsində
+2 səs
1 cavab
soruşub 10 Yanvarda anonim Terminlər, Sözlər bölməsində
+3 səs
1 cavab
soruşub 10 Yanvarda anonim Terminlər, Sözlər bölməsində
+2 səs
1 cavab
soruşub 10 Yanvarda anonim Terminlər, Sözlər bölməsində
...