+2 səs
182 baxış
Terminlər, Sözlər bölməsində

"Ad qazanmaq" deyimi 

1 cavab var:

0 səs
Mәşhurlaşmaq, tanınmaq, şöhrətlənmək, yaxşı işi ilə fərqlənmək, cəmiyyətdə ad-san qazanmaq, müəyyən mənsəbə çatmaq.

İfadәnin ilkin mәnası xalq adətləri ilə bağlı yaranmışdır.

Qədim xalq adәtinә görә, gәnclәr yalnız müəyyәn şücaət göstәrdikdәn sonra ad sahibi ola bilәrdilәr; mәsәlәn, «Kitabi-Dədә Qorqud» dastanında göstərilir ki, «ol zamanda bir oğlan baş kәsmәsә, qan tökmәsә, ad qoymazlardı». Eposda göstərilir ki, qәhrәmanlıq göstәrәn gənclәrә yalnız Qorqud ata (nüfuzlu ağsaqqalın advermә hüququnun olması bir sıra başqa xalqların dastanlarında da öz əksini tapmışdır − red.) ad qoyur; məsələn, Dirsə xanın hələ ad almamış on beş yaşlı oğlu zəhmli buğanı öldürür. Dәdә Qorqud Dirsә xana deyir: «Bayandır xanın ağ meydanında bu oğlan cәng etmişdir. Bir buğa öldürmüşdür. Sәnin oğlunun adı Buğac (xan) olsun. Adını mәn verdim, yaşını Allah versin».

Şәrqdә vә Avropada geniş yayılmış inanca görə, qәdim insanlarda ad, bir növ, insanın özü vә ya ruhu һesab olunurdu. Nağıl vә әfsanәlәrdә qәһrәmanların bәzәn öz adını gizlәtmәsi, rәqibә demәmәsi bununla әlaqәdardır.

Dilimizdə «ad qazanmaq» deyiminə sinonim olan «ad almaq», «ad çıxarmaq», həmçinin «ad vermәk», «ad qoymaq» vә bu kimi ifadәlәr də geniş işlәnmәkdәdir.

Oxşar suallar

+2 səs
1 cavab
+2 səs
1 cavab
soruşub 10 Yanvarda, 21 anonim Terminlər, Sözlər bölməsində
+1 səs
1 cavab
soruşub 23 Yanvarda, 20 anonim İnternet, Kompüter bölməsində
+1 səs
1 cavab
+1 səs
1 cavab
soruşub 18 Yanvarda, 20 anonim Qanun, Hüquq bölməsində
...