+2 səs
134 baxış
Terminlər, Sözlər bölməsində
"ABBASQULU BƏYİN NAZI İLƏ ÇOX OYNAYIRIQ HA, KƏRBƏLAYİ!" mənası nədir?

1 cavab var:

0 səs
Birinin qıcıq yaradan hərəkətlərinə qarşı hədsiz təmkin, səbir nümayiş etdirilərkən işlədilən ifadə.

İfadə «Axırıncı aşırım» filmindən (1971) qaynaqlanaraq yayılmışdır.

Həmin filmdə Abbasqulu bəy yersiz qan tökülməsinin qarşısını almaq üçün «Şura» hökuməti adından üsyançı Kərbəlayı İsmayılla danışıqlar aparmaq, silahı yerə qoymaq, kolxoza qoşulmaq təklifi ilə Qarabağlı kəndinə gəlir. Lakin Kərbəlayı onun gəliş səbəbini bildiyindən təkidlə bu görüşdən yayınır. Abbasqulu bəylə bağlı Kərbəlayı: «Mən onunla görüşsəm, ya gərək kəsdiyim duz-çörəyi tapdalayım, ya da onun sözünü yerə salmayım. Bizim aramızda kişi dostluğu olub...» – deyir.

Qaçaq-quldurun sıravi camaata əziyyət verdiyini öz gözləri ilə görən Abbasqulu bəy isə Kərbəlayı ilə görüşməkdə israrlıdır. Təkidlə soraqlaşaraq onu axtarıb-tapır. Kərbəlayının arzuolunmaz qonaqlara göstərdiyi təmkin kommunistlərin qatı düşməni olan Qəmlonu hövsələdən çıxarır. Hətta o, bir an özündən çıxaraq: «Abbasqulu bəyin nazı ilə çox oynayırıq ha, Kərbəlayi!» – deyə ona iradını da bildirir.

Deyim bugünkü danışıq dilimizdə geniş yayılıb.

Oxşar suallar

+2 səs
1 cavab
soruşub 28 Dekabrda, 20 anonim Terminlər, Sözlər bölməsində
0 səs
0 cavab
soruşub 21 Dekabrda, 20 Yusif Mirzəyev
+2 səs
1 cavab
soruşub 28 Dekabrda, 20 anonim
0 səs
5 cavab
soruşub 17 Mayda anonim Terminlər, Sözlər bölməsində
+2 səs
1 cavab
soruşub 23 Apreldə anonim Terminlər, Sözlər bölməsində
...