+3 səs
356 baxış
Terminlər, Sözlər bölməsində

Fiasko nədir? 

2 Cavab

+1 səs
 
Müvəffəqiyyətsizlik, uğursuzluq, iflas; hansısa planı, ideyanı gerçəkləşdirərkən uğursuzluğa düçar olmaq, uduzmaq.
+1 səs
Uğursuzluğa düçar olmaq, ümidləri boşa çıxmaq, məqsədinə nail olmamaq.

İfadə italyan aktyoru Arlekin Biankonellinin tamaşa vaxtı böyük butulka ilə etüd göstərmək cəhdi uğursuzluğa düçar olduqdan sonra yaranmışdır.

Məşhur aktyor, adətən, səhnəyə müxtəlif əşyalarla çıxar və onlarla fərqli nömrələr göstərərək tamaşaçıları güldürərmiş. Bir dəfə A.Biankonelli səhnəyə samana bükülmüş ikilitrlik butulka ilə çıxır, amma düşündüyü fokusu reallaşdıra bilmir. Bu zaman özünü itirməyən aktyor butulkanı yuxarıya qaldıraraq «bütün günahlar səndədir» deyir və onu çiyinləri üzərindən arxaya atır. Bu hərəkət tamaşaçıların çox xoşuna gəlir. O vaxtdan bəri artistlər hər hansı uğursuzluğa düçar olanda deyirdilər: «Bu, Biankonellinin fiaskosudur». Sonralar ifadə İtaliya hüdudlarından kənara çıxdı, aktyorun adı oradan götürüldü və «fiasko» sözü təkcə səhnədə deyil, digər işlərdə də uğursuzluğu, iflası bildirməyə başladı.

Dilimizə rus dili vasitəsilə keçmiş bu ifadə müasir dövrdə yazıda və şifahi nitqdə geniş işlənməkdədir.

Oxşar suallar

+2 səs
2 cavab
soruşub 21 Yanvarda, 21 anonim Terminlər, Sözlər bölməsində
+3 səs
3 cavab
soruşub 10 Yanvarda, 21 anonim Terminlər, Sözlər bölməsində
+3 səs
2 cavab
soruşub 09 Yanvarda, 21 anonim Terminlər, Sözlər bölməsində
+3 səs
3 cavab
soruşub 03 Yanvarda, 21 anonim Terminlər, Sözlər bölməsində
+3 səs
2 cavab
soruşub 03 Yanvarda, 21 anonim Terminlər, Sözlər bölməsində
...