+2 səs
48 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Hüquqi presedent nədir?

1 cavab var:

0 səs
Bır çox dövlətlərdə istifadə edilən hüquq mənbələrindən biridir. Hüquqi presedent konkret işə dair məhkəmənin və ya dövlət orqanlarının qəbul etdikləri və məcburi qüvvəyə malik olan qərarlardır.
Hüquqi presedentin mahiyyəti ondan ibarətdir ki, əvvəllər dövlət orqanları və ya məhkəmələr tərəfindən konkret iş üzrə qəbul edilmiş qərarlar bundan sonra oxşar işlərin həlli zamanı hüquq normasına bərabər tutulan hüquqi qüvvəyə malik hüquqi akt qismində istifadə edilir.
Hüquq mənbəyinin Hüquqi presedent forması Böyük Britaniyada və ABŞ-da geniş yayılmışdır. Hüquqi presedentin vətəni Böyük Britaniyadır. Orada Hüquqi presedentin hüquqi qüvvəsinin aşağıdakı hüdudları müəyyən edilir:
a) Lordlar Palatasının qərarları Lordlar Palatasının özü üçün, habelə bütün məhkəmələr üçün məcburi xarakter daşıyan Hüquqi presedenti təşkil edir:
b) appelyasiya məhkəməsinin qəbul etdiyi qərarlar, Lordlar Palatası istisna olmaqla, bütün məhkəmələr üçün məcburi xarakter daşıyan Hüquqi presedenti təşkil edir;
v) ədalət mühakiməsinin yuxarı məhkəməsi tərəfindən qəbul edilən qərarlar aşağı məhkəmələr üçün məcburi xarakter daşıyan Hüquqi presedenti təşkil edir.

Oxşar suallar

+2 səs
1 cavab
soruşub 18 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
soruşub 09 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
+2 səs
1 cavab
soruşub 26 Yanvarda, 20 anonim Qanun, Hüquq bölməsində
+2 səs
1 cavab
soruşub 19 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
...