Dövlətdə daxili dəyişiliklərin baş verməsi ilə bağlı hüquq və vəzifələrin bir qurumdan digərinə keçməsi. Belə ki, hökumətin qeyri-konstitusyon yolla dəyişməsi zamanı ondan əvvəlki hökumətin xarici dövlətlərlə bağladığı müqavilələrə (Beynəlxalq müqavilələr) onun münasibəti məsələsi ortaya çıxır. Bu məsələ ilə bağlı digər bir konsepsiya da mövcuddur: bu konsepsiyaya görə hakimiyyətin dəyişməsi dövlətin hüquq və vəzifələrinə heç bir təsir göstərmir.