+3 səs
52 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Hökumət başçısı nədir?

1 cavab var:

+1 səs
 
Dövlət idarəsi nin ali kollegial orqanına başçılıq edən ölkənin xarici siyasətinə rəhbərlik edər şəxsdir. Dünyanın müxtəlif ölkələrində Hökumət başçısı müxtəlif cür adlandırılır: baş nazir nazirlər şurasının sədri, nazir-sədr dövlət naziri, federal kansler və s. Hökumət başçısıdövlət başçısı tərəfindən vəzifəyə təyin olunur; parlamentli dövlətlərdə, eləcə də qarışıq tipli respublikalarda bir qayda olaraq parlament seçkilərində qələbə qazanmış partiyanın lideri, ya da hökumət koalisiyasını təşkil edən partiya liderlərindən seçilir. Bəzi prezidenli respublikalarda (məs., Türkmənistanda, Özbəkistanda) Hökumət başçısı rəsmən prezidentdir.
Hökumət başçısı xarici siyasətin başlıca istiqamətlərini müəyyən edir və bu sanə-də xarici işlər idarəsinə göstərişlər verir və onların həyata keçirilməsinə nəzarət edir. Hökümət adından və ya onun razılığı ilə bir çox beynəlxalq müqavilələr və sazişlər imzalayır. Bir çox ölkələrdə hökümətin xarici siyasəti nüfuzlu sıyası xadimlər, maliyyəçilər, iri sənayeçilər qrupu tərəfindən müəyyənləşdirilir. Məs., ABŞ-da Milli Təhlükəsizlik Şurası ilə, İngiltərədə «kölgəli kabinetlə» məsləhətləşmələr əsasında müəyyən olunur. ABŞ-da və bir sıra ölkələrdə, xüsusilə də Cənubi Amerika dövlətlərində Hökumət başçısı və dövlət başçısının vəzifələrini bir şəxs icra edir.
Hökumət başçısı digər ölkələrin diplomatik və digər rəsmi nümayəndələrini qəbul edə, onlarla danışıqlar apara, beynəlxalq konfranslarda iştirak edə, xüsusi səlahiyyətlər olmadan müqavilə və sazişləri imzalaya bilər. Xarici dövlətin ərazisində olduğu zaman Hökumət başçısı diplomatik imtiyazlar və toxunulmazlıq hüququndan istifadə edir.

Oxşar suallar

+3 səs
1 cavab
soruşub 09 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
0 səs
1 cavab
soruşub 27 Oktyabrda, 19 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 01 Fevralda anonim İnternet, Kompüter bölməsində
0 səs
3 cavab
soruşub 25 Fevralda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
...