+2 səs
51 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Hərbi-sənaye kompleksi nədir?

1 cavab var:

0 səs
İnkişaf etmiş ölkələrdə hərbi sənayenin ordunun, əlaqədar dövlət təşkilatlarının və elmi qurumların ittifaqı və onların birgə fəaliyyətini xarakterizə edən anlayış. ikinci Dünya müharibəs dövründə bir sıra ölkələrdə (ABŞ-da SSRİ-də, İngiltərədə və s.) təşəkkül tapmış və xüsusilə «soyuq müharibə» dövründə geniş vüsət alıb möhkəmlənmişdi. Bu və ya digər ölkədə Hərbi-sənaye kompleksinin miqyası və onun dövlətin daxili və xarici siyasətinə təsiri dərəcəsi bu ölkənin, hərbiləşməsinin səviyyəsindən xəbər verir. Dövlətin hərbi sifarişlərini yerinə yetirən müəssisə və təşkilatlar
Hərbi-sənaye kompleksinin iqtisadi əsasını təşkil edir. Bir qayda olaraq hərbi istehsal sahələrində əldə olunan gəlir orta gəlir həddindən dəfələrlə yüksəkdir. Bəzi ekspertlərin rəyinə görə hərbi xərclər ölkə sənayesinin inkişafını stimullaşdırır və işsizliyin aradan qaldırılmasına xidmət edir. Digərləri belə hesab edirlər ki. bu xərclər dövlətin daxili resurslarının tükənməsinə gətirib çıxarır və ölkənir istehsal potensialını xalqın rifah halın yaxşılaşdırmağa yönəlmiş fəaliyyətdən yayındırır. Hərbi-sənaye kompleksi anlayışını ilk dəfə D.Eyzenhauer işlətmişdir.

Oxşar suallar

+2 səs
1 cavab
soruşub 03 Yanvarda anonim Terminlər, Sözlər bölməsində
+2 səs
1 cavab
soruşub 24 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+3 səs
1 cavab
+3 səs
1 cavab
soruşub 09 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 09 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
...