+3 səs
181 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Hərbi bazalar nədir?

1 cavab var:

+1 səs
 
Hər hansı bir ölkənin başqa ölkədə olan qoşunları, silahları, hərbi sursatı və onların yerləşdiyi ərazi. Bir qayda olaraq H.b. yerləşdikləri dövlətin yurisdiksiyasına tabe olmurlar. Hərbi bazalar iqtisadi və hərbi baxımdan güclü dövlətlərin bu və ya digər dövləti və yaxud regionu hərbi nəzarət altında saxlamaq məqsədi ilə yaradılır, ikinci Dünya müharibəsindən sonra geniş vüsət tapmış H.b. beynəlxalq münasibətlərdə hökm sürən «soyuq müharibə» şəraitində aparıcı hərbi bloklar olan NATO-пип və Varşava Müqaviləsi Təşkilatının hərbi üstünlüklərini təmin etmək, maksimum böyük ərazini hərbi nəzarət altına almaq üçün əsas vasitə rolunu oynayırdı. Bu məqsədlə ABŞ Qərbi Avropada, Yaxın və Uzaq Şərqdə, SSRİ Şərqi Avropada və Uzaq Şərqin bir sıra ölkələrində H.b. şəbəkəsi yaratmışdı.
SSRİ-nin süqutundan sonra onun Şərqi Avropa və Uzaq Şərq ölkələrində olan Hərbi bazaları ləğv olunmuşdur. Eyni zamanda SSRİ-nin varisi kimi çıxış edən Rusiya tərk etməyə məcbur olduğu regionlarda, ilk növbədə Cənubi Qafqazda və Orta Asiyada Hərbi bazalarını qoruyub saxlamaq və yenilərini yaratmaq yolu ilə bu regionları hərbi nəzarətdə saxlamağa cəhd göstərir.
Müstəqilliyinin ilk dövrlərində Azərbaycan dövləti bütün xarici qoşunların ərazisini tərk etməsinə nail olmuşdur. Halbuki Rusiya digər Cənubi Qafqaz ölkələrində- Ermənistanda və Gürcüstanda öz bazalarını saxlamağa müvəffəq olmuşdur. Hal-hazırda Rusiyanın Cənubi Qafqazda yerləşən Hərbi bazaları regionda mövcud olan münaqişələrin aradan qaldırılması yolunda əsas maneədir.

Oxşar suallar

+3 səs
1 cavab
soruşub 09 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 09 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 09 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 09 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
...