+2 гол-в
119 просмотров
от в категории Cəmiyyət, Siyasət, KİV

Gülüstan müqaviləsi nədir?

1 Ответ

0 гол-в
от
12.X. 1813-ci ildə Qarabağın Gülüstan kəndində Rusiya və iran dövlətləri adından imzalanıb. Gülüstan müqaviləsi Azərbaycan və Cənubi Qafqazın digər ərazilərinin işğalı uğrunda aparılmış 1804-1813 illər Rusiya- iran müharibəsinə son qoydu və Qarabağ, Gəncə, Şəki, Şirvan, Quba, Bakı, Dərbənd və Talış xanlıqlarının Rusiya imperiyası tərəfindən işğalını, bununla da Azərbaycanın ikiyə bölünməsinin rəsmıləsdirilməsıı iin əsasını qoydu. Bundan başqa Dağıstan, Şiragel əyaləti ilə birlikdə Gürcüstan, imeretiya, Quriya Minqreliya və Abxaziya da Rusiyanın tabeçiliyinə keçdi. Rusiyaya Xəzər dənizində hərbi donanma saxlamaq üçün müstəsna hüquq verildi. Hər iki ölkə tacirlərinə ticarət azadlığı hüququ verildi. Gülüstan müqaviləsinə görə Rusiya iranın və- liəhdlik siyasətinə müdaxilə, yəni şah tərəfindən təyin olunmuş vəliəhdin taxttaca yiyələnməsinə havadarlıq edə bilərdi. Şahın oğulları arasında ixtilaf yarandığı zaman, şahın özünün müraciət etdiyi təqdirdə Rusiyanın müdaxiləsinə yol verilirdi.
Gülüstan müqaviləsi Azərbaycanın sonrakı tarixi inkişafı üçün mənfi nəticələr verdi.

Похожие вопросы

+2 гол-в
1 ответ
спросил 11 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
0 гол-в
1 ответ
спросил 08 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+2 гол-в
1 ответ
спросил 21 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+2 гол-в
2 ответов
спросил 21 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+2 гол-в
1 ответ
спросил 21 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
...