+3 səs
172 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Girov götürülməsi ilə mübarizə haqqinda beynəlxalq konvensiya (1979)

1 cavab var:

+1 səs
 
BMT-nm Baş Assambleyasının 32-ci Sessiyasında qəbul edilmişdir.
Konvensiya insanların girov götürülməsini cinayət kimi qiymətləndirir və əgər cinayəti törətmiş şəxs bir üzv dövlət tərəfindən digər üzv dövlətə verilmirsə, onda insanları görov götürmüş hər bir kəsi məhkəməyə cəlb etməyi həmin üzv dövlətin öhdəsinə qoyur. Konvensiyanın səmərəliliyini azaldan vacib çatışmazlıq insanları girov götürmüş cinayətkarların qondarma siyasi motivlər üzündən verilməsinə imtina edilməsi imkanıdır. Belə məhdudiyyət bu sahədə dövlətlərin beynəlxalq əməkdaşlığının əsas prinsipi ilə ziddiyət təşkil edir. Bu prinsip törədilmiş cinayətə görə cəzanın qaçılmaz olması prinsipidir.
Girovların götürülməsinə qoyulan qadağa hava gəmilərinin qeyri- qanuni ələ keçirilməsi ilə mübarizə üzrə 1970 il Konvensiyası (Beynəlxalq konvensiya) və mülki aviasiyanın təhlükəsizliyinə qarşı yönəldilmiş qeyri- qanuni hərəkətərlə mübarizə üzrə 1971 il Konvensiyası və eləcə də beynəlxalq mıidafiə altında olan şəxslərin, o cümlədən diplomatik agentlər qarşı olan cinayətlərin qarşısının alınması və onlara görə cəza verilməsi haqda 1973 ıl Konvensiyasında ümumi formada nəzərdə tutlmuşdur.

Oxşar suallar

+3 səs
1 cavab
+3 səs
1 cavab
+1 səs
1 cavab
+2 səs
1 cavab
...