+2 səs
102 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Geri çağırma sənədi nədir?

1 cavab var:

0 səs
Geri çağırma sənədi (fr. Lettres de Rappel - Övdətnamə). Diplomatik nümayəndənin geri çağırılması sənədi yeni təyin olunmuş səfir haqqında fərmanla bərabər verilir. Etimadnamə kimi Geri çağırma sənədi də dövlət başçısı tərəfindən imzalanır və xarici işlər nazirinin imzası ilə təsdiqlənir. Etimadnamə kimi Geri çağırma sənədii də ölkə başçısına ünvanlanır. Adətən, yeni səfir akkreditə (Akkreditə etmək) olunduğu ölkə başçısına öz etimadna məsini təqdim edərkən keçmiş səfirin Geri çağırma sənədini də verir. Yeni səfir gələnədək keçmiş səfir ölkəni tərk etməlidir Geri çağırma sənədii göndərən ölkənin və qəbu edən ölkənin Konstitusiyada göstərilər adı ilə başlanır. Ölkənin rəsmi adını göstərməklə, onun Geri çağırma sənədidə səfirin (diplomatik nümayəndəlik başçısının (Diplomatik başçılıq) yerləşdiyi ölkədə fəaliyyət göstərdiyi müddətdə iki ölkə arasında əlaqələrin inkişafında, dostluq və əməkdaşlıq tellərinin möhkəmlənməsində xidmətləri göstərilir. Bir çox hallarda geri çağırılmanın yeni təyinatla bağlı olduğu bildirilir.
Müəyyən səbəblər üzündən səfir vaxtından əvvəl də geri çağırıla bilər. Bu halda geri çağırılma səbəbi çox vaxt göstərilmir.
Bəzən akkreditə edən ölkə Geri çağırma sənədi səfirin özünə göndərir, o da öz Geri çağırma sənədi ölkə başçısına təqdim edərək xudahafizləşir, ölkəni tərk edir. Təcrübədə belə hala olduqca az təsadüf olunur.

Oxşar suallar

+2 səs
4 cavab
soruşub 15 Fevralda anonim Qanun, Hüquq bölməsində
+3 səs
1 cavab
+3 səs
2 cavab
soruşub 12 Apreldə anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
2 cavab
soruşub 10 Martda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
...