+2 səs
388 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində
Genuya konfransı (1922) nədir?

1 cavab var:

+1 səs
 
10.IV- 19.V. 1922-ci ildə iqtisadi və maliyə məsələləri üzrə, 29 dövlətin və 5 Böyük Britaniya dominionunun iştirakı ilə keçirilib. ABŞ konfransda (Beynəlxalq konfranslar) müşahidəçi (Müşahidəçilər) kimi iştirak etmişdir. Genuya konfransında sovet Rusiyasından çar Rusiya hökumətinin xarici borclarını və maliyyə öhdəliklərini tanımaq və onların ödənilməsi barədə öhdəlik götürmək, milliləşdirilmiş müəssisələri xarici sahibkarlara qaytarmaq tələb olunurdu. Sovet dövləti onun rəsmən tanınması, ona iqtisadi və maliyyə yardımı göstərilməsi, hərbi borcların faizlərinin ləğv edilməsi şərti ilə müharibəyə qədərki borcları ödəməyə və xarici sahibkarların konsessiya və icarə hüquqlarının tanımağa razı olduğunu bildirdi; eyni zamanda xarici müdaxilə zamanı ona dəymiş zərərin ödənilməsi barədə əks-iddia irəli sürdü. 16.IV.1922 ildə Almaniya ilə RSFSR arasında diplomatik əlaqələrin bərpa olunması haqqında Rapallo müqaviləsi imzalandı.
Genuya konfransında sovet nümayəndə heyətinin tərkibində Azərbaycan SSR-İ N.Nərimanov (Nərimanov Nəriman Kərbəlayi Nəcəf oğlu) təmsil etmişdi.

Oxşar suallar

+2 səs
1 cavab
soruşub 09 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
+1 səs
1 cavab
soruşub 17 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 16 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
soruşub 14 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
...