+2 səs
130 baxış

Ətraf mühitin mühafizəsi

1 cavab var:

0 səs
İnsanın həyati fəaliyyəti üçün optimal şəraitin təmin olunması məqsədilə yerin bioloji sferasının qorunmasına və yaxşılaşmasına yönəldilən tədbirlər kompleksi; müasir dövrün qlobal problemlərindən biridir. Ə.m.m. XX əsrin ortalarından əksər dövlətlərin istər daxili siyasətində, istərsə də beynəlxalq münasibətlərdə getdikcə daha çox əhəmiyyət kəsb edir, regional və qlobal səviyyələrdə əlbir səylər tələb edir. Ə.m.m. sahəsində beynəlxalq əməkdaşlıq BMT sistemində səmərəli şəkildə inkişaf edir; 1972 ildə xüsusi orqan - Ətraf mühitə dair BMT Proqramının (YUNEP) yaradılması barədə qərar qəbul olunmuşdu. 1979 ildə ətraf mühitin mühafizəsinə dair ilk Ümumavropa müşavirəsi keçirilmişdi. Müşavirədə hava hövzəsini çirkləndirən maddələrin böyük məsafələrdə yayılması, az tullantılı və tullantısız texnologiyanın tətbiq olunması, tullan-tılardan istifadə olunması problemləri müzakirə edilmişdir. Müşavirənin gedişində «Havanın böyük məsafələrdə sərhədaşırı çirklənməsinə dair Konvensiya» (Beynəlxalq Konvensiya) qəbul edilmişdir. Konvensiya təbiətin mühafizəsinə dair ən yaxşı strategiya işləyib hazırlamaq, çirklən-dirici maddələrin axınına və tətbiq edilən texnoloji proseslərə dair informasiya mübadiləsi aparmaq sahəsində tərəflərin üzərinə öhdəlik qoymuşdu.

Oxşar suallar

+2 səs
1 cavab
+1 səs
1 cavab
...