+2 səs
48 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Ətraf mühitə dair BMT proqramı (YUNEP)

1 cavab var:

0 səs
BMT Baş Məclisinin orqanı; BMT BM 2997 (XXVII) Qətnaməsinə uyğun olaraq, BMT-nin ətraf mühitin problemlərinə həsr olunmuş 05-16.VI.1972 il Stokholm konfransının {Beynəlxalq konfrans) tövsiyələri əsasında təsis edilib.
YUNEP-in funksiyası ətraf mühitdə baş verən dəyişiklikləri müşahidə etməklə, ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq əməkdaşlığı təşviq və əlaqələndirməkdir.
YUNEP proqramlarının maliyyələşdirilməsi BMT üzvü ölkələrin könüllü ödəmələri hesabına baş verir. Qərargahı Nayrobidədir (Geniya).
YUNEP-in əsas fəaliyyət istiqamətləri-ətraf mühitin qorunması ilə bağlı məsələlər barədə informasiya toplanması və onun beynəlxalq mübadiləsinin təşkili, suyun və torpağın mühafizəsi, səhralıqların genişlənib artması ilə mübarizə, dəniz mühitinin qorunub saxlanması, bitki və heyvanlar aləminin mühafizəsi, yerin genetik fondunun mühafizəsi, enerjinin alternativ mənbələrinin axtarılıb tapılması; enerjinin müxtəlif növlərindən istifadə edərkən onların təbii mühitə təsirinin öyrənilməsi kimi ekoloji problemlərin həllinə dair proqramların işlənib hazırlanması və onların həyata keçirilməsi, ekologiya sahəsində mütəxəssislərin yetişdirilməsi və s.-dən ibarətdir.
1982 ildə YUNEP-in Müdirlər Şurasının xüsusi sessiyası 2000 ilədək olan dövr və sonrakı illər üçün təbiəti qorumaq sahəsində uzunmüddətli strategiya işləyib hazırlamaq barədə qərar qəbul etmişdi. 1985 ildə YUNEP rəhbərliyi təbii ehtiyatlar üzrə qlobal məlumat bankının yaradıldığını elan etmişdi.

Oxşar suallar

+2 səs
1 cavab
soruşub 09 Yanvarda anonim
+3 səs
1 cavab
+3 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
...