+2 səs
214 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində
Ərzurum müqavilələri nədir?

1 cavab var:

0 səs
Ərzurum müqavilələri. 1) Ərzurum sülh müqaviləsi {Beynəlxalq müqavilə) 1821-1823 illər İran-Türkiyə müharibəsi nəticəsində 28.VII. bağlanmışdır və 7 bənddən ibarətdir.
Ərzurum müqavilələriyə görə iki ölkə arasındakı sərhədlər (Dövlət sərhədləri) ilə müəyyən edildi və tərəflər bundan belə sərhədləri pozmamağı öhdələrinə götürürdü.
iran qoşunları tərəfindən işğal olunmuş bütün torpaqlar Türkiyəyə qaytarılırdı. Sərhəddə yaşayan köçərilərin digər əraziyə göçürülməsi əvvəlcədən xəbərdarlıq edilməli idi və onlar otlaq sahəsi üçün vergi və digər rüsumları ödəməli, zəvvarlara Osmanlı imperatorluğu ərazisində heç bir maneçilik edilməməli, ticarət malları üzərinə hər iki ölkə üçün 4 %-dən artıq gömrük vergisi qoyulmamalı idi.
2) Türkiyə-iran arasında sərhəd münaqişələrini nizama salmaq üçün 1843 ildə İngiltərə və Rusiyanın vasitəçiliyi ilə başlamış müzakirələrin nəticəsi kimi 31.VI.1847 ildə bağlanmışdır. 9 bənddən ibarət idi. II. Ərzurum müqavilələrinə görə hər iki dövlət bir-birinə qarşı ərazi iddialarından əl çəkməli; iran Zöhab, Kərind və Süleymaniyyə sancaqlarından Türkiyənin xeyrinə əl çəkməli, Türkiyə Mü- hərrəməni (Xürrəmşəhr) iran ərazisi kimi tanımalı, ticarət haqqında 1823 il müqaviləsinin qərarlarına hörmət etməli, şiələrin müqəddəs yerlərə ziyarətinə maneçilik törədilməməli idi.
Xüsusi protokola əsasən 4 tərəfli komissiya sərhədləri dəqiq müəyyən etmək üçün 1849 ildə yenidən fəaliyyətə başlamalı idi

Oxşar suallar

+2 səs
1 cavab
soruşub 19 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
+1 səs
1 cavab
soruşub 08 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+1 səs
1 cavab
soruşub 08 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
soruşub 21 Yanvarda, 20 anonim Şəxslər, Tarix bölməsində
...