+2 səs
146 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Ərəb - İsrail müharibələri

1 cavab var:

0 səs
 
14.V.1948 ildə Britaniya mandatı bitən günü Birləşmiş Sionist Təşkilatı ilə Fələstin yəhudi təşkilatının nümayəndələri israil dövlətinin yaranmasını bəyan etdilər. Bu aksiya BMT-nin 181 saylı qərarına tam zidd idi, çünki bu qərara görə X.1948 ildə iki dövlət - ərəb və yəhudi dövlətləri yaranmalı idi və burada BMT-nin xüsusi komissiyası iştirak etməli idi.
15.V.1948 ildə Misir, İordaniya, Livan, Suriya, və İraq qoşunları Fələstinə daxil oldular. Ancaq israil ordusu Fələstinin çox böyük hissəsini işğal edə bildi.
X.1948 ildə BMT-nin vasitəçiliyi ilə atəşin dayandırılmasına (Atəşkəs) nail olundu. 1949 ilin əvvəlində İraq istisna olmaqla müharibədə iştirak edən digər ərəb ölkələri ilə israil arasında danışıqlar başlandı. 24.11.1949 ildə Misirlə, 03. IV.1949 ildə İordaniya ilə, 23.111.1949 ildə Livanda, 20.VII.1949 ildə Suriya ilə barışıq imzalandı.
05-10.VI.1967 ildə «altı günlük mü- haribə»nin gedişində israil Sinay yarımadasını, Qəzza sektorunu, iordan çayının qərb sahilini, Qüdsün şərq hissəsini və Colan yüksəkliklərini tutdu. 22.X.1967 il BMT Təhlükəsizlik Şurası 2424 saylı qərar çıxartdı. Bu qərarda israil qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılması, Yaxın Şərqdə müharibənin dayandırılması, region ölkələrinin toxunulmazlığı və siyasi müstəqilliyi, qaçqınlar probleminin həll edilməsi tələb edilirdi. Ancaq bu tələblər həyata keçirilmədi, israil işğal edilmiş ərazilərdə yəhudi məskənləri yaradırdı ki, bu da ərəblərdən iri torpaq sahələrinin zorla alınması ilə müşahidə olunurdu.
Sovet - amerikan məsləhətləşmələrindən sonra 22.X.1973 ildə BMT- nin TŞ 338 saylı qərar qəbul etdi. Müharibə aparan tərəflərə atəşi dərhal dayandırıb 2424 saylı qərarın həyata keçirilməsi üçün addımlar atmaq tövsiyə olundu. Bu qərar yerinə yetirilmədi. 25.X. 340 saylı yeni qərara görə BMT-nin xüsusi qüvvələri regiona yeridilməli idi.
Bu Ərəb-israil münaqişəsinin həlli üçün {Beynəlxalq münaqişələrin sülh yolu ilə həll edilməsi) siyasi perspektivlərin açılmasına zəmin yaratdı. 21.XII.1973-CÜ il BMT-nin sədrliyi altında Cenevrədə SSRİ və ABŞ-ın rəhbərliyi ilə sülh konfransı {Beynəlxalq konfrans) açıldı. Lakin onun fəaliyyəti heç bir nəticə vermədi.
Ərəb-israil münaqişəsi bu gün də beynəlxalq miqyasda müzakirə olunur.

Oxşar suallar

+2 səs
1 cavab
+1 səs
1 cavab
+1 səs
1 cavab
soruşub 25 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
soruşub 21 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
soruşub 19 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
...