+2 səs
106 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Ərəb Dövlətləri Cəmiyyəti (ƏDC)

1 cavab var:

0 səs
 
Beynəlxalq hökumətlərarası təşkilat; 22.III. 1945 ildə Qahirədə ərəb ölkələrinin konfransında (Beynəlxalq konfrans) təsis edilib; 21 ərəb dövlətini (Bəhreyn, BƏƏ, İordaniya, İraq, YƏR, YXDR, Qətar, Küveyt, Livan, Liviya, Mavritaniya, Mərakeş, Misir, Əlcəzair, Oman, Səudiyyə Ərəbistanı, Somali, Sudan, Suriya, Tunis, Cibuti) və Fələstin Azadlıq Təşkilatını (1985) özündə birləşdirir.
ƏDC nizamnaməsi üzv dövlətlər arasında əlaqələrin möhkəmləndirilməsini, onların müstəqilliyini, dövlət suverenliyini və mənafeyini qorumaq üçün siyasi fəaliyyətlərinin əlaqələndirilməsini; iqtisadiyyat, maliyyə, mədəniyyət və digər sahələrdə sıx əməkdaşlığı nəzərdə tutur; ixtilafların nizama
salınmasında güc işlətməyi qadağan edir; başqa ölkələrdə (cəmiyyətə üzv ölkələr də daxil olmaqla) mövcud rejimlərə hörmət edilməsini və onları dəyişdirmək cəhdlərindən çəkinməyi tələb edir.
Ali orqanı - ƏDC Şurasıdır; ildə 2 dəfə keçirilir; qərarların icrası səs vermiş üzv dövlətlər üçün məcburidir, işçi orqanları - (siyasi, iqtisadi, ictimai, hərbi və digər məsələlər üzrə) daimi komitələrdir. İcraedici orqan - Baş katiblikdir; 5 il müddətinə seçilir.
ƏDC çərçivəsində ərəb dövlət və hökumət başçılarının (Dövlət başçısı; Hökumət başçısı) müşavirələri keçirilir. ƏDC bitərəflik hərəkatı çərçivəsində inkişaf etməkdə olan dövlətlər ilə, regional təşkilatlarla, inkişaf edən dövlətlərlə geniş əlaqələr saxlayır. BMT-də müşahidəçi statusuna malikdir.
ƏDC Yaxın Şərqdə hərtərəfli və ədalətli tənzimləmə yolunda aparılan mübarizədə ümumərəb mövqeyinin işlənib hazırlanmasına kömək edir.

Oxşar suallar

+2 səs
1 cavab
+1 səs
1 cavab
+3 səs
1 cavab
soruşub 10 Fevralda anonim
0 səs
2 cavab
soruşub 24 Oktyabrda, 19 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
...