+2 səs
137 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Əlaqə missiyaları nədir?

1 cavab var:

0 səs
 
Pekində və Vaşinqtonda ÇXR və ABŞ hökumətlərinin rəsmi nümayəndəlikləri; ikitərəfli münasibətləri tezliklə normal hala salmaq və əlaqələri genişləndirmək məqsədilə 1973 ildə təsis edilib.
Əvvəllər diplomatiya təcrübələrində rast gəlinməyən bu cür höku- mətlərarası əlaqə forması ABŞ-ın Tayvanla diplomatik münasibətlər saxladığı dövrdə tətbiq edilib.
Əlaqə missiyaları formal olaraq diplomatik nümayəndəliklər hesab edilmirdi. Bununla belə, Əlaqə missiyalarının strukturu səfirliklərin strukturuna, əməkdaşlarının vəzifələri isə hamılıqla qəbul olunmuş diplomatik vəzifələrə uyğun gəlirdi. Hər iki ölkə hökumətləri əlaqə missiyalanna və onların əməkdaşlarına diplomatik imtiyazlar və toxunulmazlıq hüququ vermişdilər. Əlaqə missiyalarının başçıları ən yüksək səviyyədə mütəmadi təmaslar saxlayırdılar. Bu missiyalar ABŞ ilə ÇXR arasında ikitərəfli münasibətlərə dair danışıqlar aparılmasında aparıcı rol oynamışdı.
01.1.1979 ildə ABŞ ilə ÇXR arasında diplomatik münasibətlərin yaradılması ilə Əlaqə missiyaları səfirliklərə çevrilmişdir.

Oxşar suallar

+2 səs
1 cavab
soruşub 10 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+1 səs
1 cavab
soruşub 08 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
soruşub 08 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+1 səs
1 cavab
soruşub 08 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
...