14.IX.1829 Rusiya ilə Türkiyə arasında imzalanmış, 1828-1829 Rus-Türk müharibəsinə son qoymuşdu. Dunayın mənsəbi və Qara dənizin şərq sahilindəki bir sıra qalalar, Qərbi Gürcüstan, ime- retiya, Minqreliya, Quriya Rusiyaya birləşdirildi. Türkiyə Moldaviya, Serbiya, Valaxiya və Yunanıstanın muxtariyyətini tanıdı, Türkmənçay müqaviləsi əsasında İravan və Naxçıvan xanlıqlarının Rusiyaya birləşdirilməsi ilə razılaşdı. Qara dəniz boğazları ticarət gəmiləri üçün açıq elan edildi. Türkiyə Rusiyaya 1,5 mln. holland quldenı həcmində təzminat ödəməyə razı oldu.