+2 гол-в
160 просмотров
от в категории Cəmiyyət, Siyasət, KİV

Ədalətlilik prinsipi nədir?

1 Ответ

0 гол-в
от
Dövlətlərarası münasibətlərdə gözlənilir; beynəlxalq problemlərin beynəlxalq hüquq əsasında, dövlətlərin və xalqların qanuni mənafelərini gözləməklə həll olunmasını tələb edir.
Ədalət anlayışı beynəlxalq hüququn ən əsas prinsiplərindən birinin - beynəlxalq mübahisələrin dinc yolla həll olunmasının (Beynəlxalq münaqişələrin sülh yolu ilə həll edilməsi) ən mühüm elementlərindəndir. Bu prinsip BMT Nizamnaməsindən irəli gəlir, çünki orada təsbit edildiyi kimi, beynəlxalq sülh və əmin-amanlıq üçün təhlükə olan münaqişə və mübahisələr «ədalət və beynəlxalq hüququn prinsipləri əsasında» tənzimlənməlidir. BMT üzvü olan dövlətlərə bir vəzifə olaraq tapşırılır ki, onlar beynəlxalq sülh və əmin-amanlıq üçün təhlükə mənbəyi ola biləcək mübahisə və münaqişələri yalnız dinc vasitələrlə, danışıqlar yolu ilə həll etsinlər. BMT Nizamnaməsinin ayrılmaz tərkib hissəsi olan Beynəlxalq Məhkəmənin statusu nəzərdə tutur ki, beynəlxalq hüququn normaları çərçivəsində və iştirakçı tərəflərin razılığı ilə (ex aeque et bono), yəni ədalət və xoş niyyətlə nizama salınmalıdır. Yalnız o qərar beynəlxalq mübahisənin tam ədalətli həlli sayıla bilər ki, tərəflərin qanuni hüquq və maraqlarını qarşılıqlı nəzərə alsın, ağıllı kompromisə söykənsin, məcburi vasitələrə əl atmasın.

Похожие вопросы

+2 гол-в
1 ответ
спросил 21 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+3 гол-в
1 ответ
спросил 16 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+3 гол-в
1 ответ
спросил 16 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+2 гол-в
1 ответ
+2 гол-в
1 ответ
спросил 21 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
...