+2 гол-в
124 просмотров
от в категории Cəmiyyət, Siyasət, KİV

Dünya okeanı (istifadənin beynəlxalq hüquqi aspektləri)

1 Ответ

0 гол-в
от
Dünya okeanı dedikdə, bütün materikləri və adaları əhatə edən fasiləsiz su örtüyü başa düşülür. Dünya okeanıdan istifadə olunması XX əsrin II yarısında qlobal problemlərdən birinə çevrilmiş, onun həlli ətrafında müxtəlif qrup dövlətlərin gərgin və kəskin mübarizəsi səngimək bilməmişdir. Elmi-texniki inqilab və Dünya okeanıda təsərrüfat fəaliyyətinin gur inkişafı, sülhün və beynəlxalq təhlükəsizliyin təmin olunmasında onun xüsusi rolu, dünya iqtisadiyyatında dənizin mineral və bioloji ehtiyatlarının artan əhəmiyyəti, dünya nəqliyyat kommunikasiyalarının təyin və inkişaf zəruriyyəti, ekoloji problemlərin kəskinləşməsi və dəniz mühitinin çirklənməsilə mübarizənin vacibliyi - bütün bunlar Dünya okeanıdan istifadənin hüquqi problemlərini əhatəli və çoxtərəfli saziş çərçivəsində kompleks- beynəlxalq tənzimləməyə obyektiv ehtiyac olduğunu şərtləndirmişdir (Dəniz hüququna dair Cenevrə konvensiyaları (1958), BMT-nin Dəniz hüququ Konvensiyası (1982), BMT-nin Dəniz hüququna dair konfransları). Bir sıra ölkələrin Dünya okeanının sahilyanı rayonlarının geniş məkanına münasibətdə özbaşına hərəkətləri problemin tənzimlənməsi yolunda ciddi maneə yaradır.
Beynəlxalq gəmiçilikdə istifadə olunan boğazların sahillərində yerləşən ayrı-ayrı dövlətlər mülki və hərbi gəmilərin keçməsinə məhdudiyyət rejimi tətbiq etməklə boğazlar üzərində öz nəzarətlərini təmin etməyə cəhd göstərmişlər. 1982 il konvensiyası, dövlətlər arasında mübahisələri tənzimləyir, təkcə geniş səlahiyyətlərə deyil, həm də təsərrüfat funksiyalarına malik olacaq yeni tipli beynəlxalq təşkilatın yaradılmasını nəzərdə tutur.

Похожие вопросы

+2 гол-в
1 ответ
спросил 09 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+1 голос
1 ответ
спросил 26 Янв от аноним в категории Şəhər, Ölkə, Coğrafiya
+2 гол-в
1 ответ
спросил 21 Янв от аноним в категории Şəhər, Ölkə, Coğrafiya
+2 гол-в
1 ответ
спросил 21 Янв от аноним в категории Şəhər, Ölkə, Coğrafiya
+2 гол-в
1 ответ
спросил 26 Дек, 20 от аноним в категории Şəhər, Ölkə, Coğrafiya
...