+2 səs
518 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Duayen nədir?

1 cavab var:

0 səs
Duayen (fr. doyen - dekan, başçı, birinci) . Diplomatik korpusda öz həmkarları arasında Etimadnaməsini birinci olaraq təqdim edən və diplomatik korpusa başçılıq (Diplomatik başçılıq) edən birinci dərəcəli diplomatik nümayəndədir (səfir və ya nunsidir).
1815-ci il Vyana konqresi diplomatik nümayəndələr arasında birincilik məsələsini həll etmiş və «Birinci gələn birincidir» prinsipini müəyyən etmişdi. Bu prinsipə əsasən diplomatik nümayəndənin başçılığı onun təmsil etdiyi dövlətin böyüklüyündən və gücündən deyil, diplomatın bu ölkədə olma müddətindən asılı idi.
Duayenin, eləcə də diplomatik korpusun vəzifələri rəsmi xarakter daşıyır. Bu vəzifələr Diplomatik əlaqələrə dair 1961-ci il Vyana konvensiyasında nəzərdə tutulmuş məsələlər dairəsindən kənara çıxmamalıdırlar. Təcrübəli d<- plomat kimi Duayenin məsləhətləri yeni gəlmiş diplomatlar üçün çox vacibdir. Duayen, bir qayda olaraq yerli protokol məsələlərinə, adətlərə, hakimiyyət orqanlarına, Xarici işlər idarəsi ilə qarşılıq) münasibətlərə dair hərtərəfli məlumatlara malik olur. Diplomatik korpusdakı həmkarları ilə razılaşdırılmış qaydada Duayen olduqları ölkənin hökumətini diplomatik korpus adından təbrik edir, başsağlığı verir, lazım gəldikdə müxtəlif mərasimlərdə diplomatik korpusa rəhbərlik edir, yerli protokol praktikasına aid məsələlərə dair öz həmkarlarına məsləhətlər və tövsiyyələr verir, müxtəlif protokol tədbirlərinə, mərasimlərdə iştirak etməyə dair xarici işlər idarəsinin arzu və istəkləri barədə diplomatik korpusa məlumat verir. Duayen xarici işlər idarəsi və onun protokol şöbəsi ilə daimi əlaqə saxlayır, diplomatik korpusun iştirakı ilə müxtəlif mərasimlərin təfərrüatlarını dəqiqləşdirir. Bəzən diplomatik korpusun duayeni diplomatik korpusun prokolla (mərasimlə) əlaqədar hüquq və imtiyazlarının qorunması ilə bağlı çıxışlar edir; məsələn, diplomatik korpus üzvlərinin yerli hakimiyyət orqanları nümayəndələrinə münasibətdə birinciliyi, diplomatik korpusun hər-hansı mərasimlərdə iştirakı, diplomatik korpusun bu mərasimlərdə yeri və s. Ümumi müəyyən olunmuş qaydaya əsasən Duayen diplomatik korpusun üzvü olan hər- hansı bir səfirin ölkədən birdəfəlik getməsi ilə əlaqədar olaraq qəbul təşkil edir və səfərə hazırlaşan səfirə diplomatik nümayəndəlik başçıları adından xatirə suveniri təqdim edir.
Duayenin təmsil etdiyi dövlətlə diplomatik əlaqələrə olmayan ölkələrin diplomatik nümayəndələri Duayenin səlahiyyətlərinə aid olan məsələlərə dair, dərəcəsinə görə Duayendən sonrakı diplomatik nümayəndəlik başçısı ilə əlaqə saxlayırlar.
Duayen öz çıxışının mətnini həmkarları tərəfindən narazılıq doğurmayacağı- na əmin olarsa, razılaşdarmaya bilər. Ayrı-ayrı hallarda nəzərdə tutulmuş çıxışın mətni həmkarlarına göndərilə bilər, lakin bu arzuolunmaz və uzun-uzadı mübahisələrə səbəb olduğundan çox az hallarda buna yol verilirDuayenin olduğu ölkə ondan diplomatlara aid olmayan məlumatların ötürücüsü kimi və ya müxtəlif növ ianə və xeyriyyə yardımı toplamaq məqsədilə istifadə edə bilməz. Yerli protokol ona nə etməsi barədə göstəriş verə bilməz.
indiyədək bəzi ölkələrdə ancaq Roma papası nümayəndəsinin- nunsilərin Duayen kimi qəbul etmək ənənəsi qalmaqdadır. Bu dövlətlərdə nunsilər bu ölkəyə gəlmə vaxtından və ya etimadnamələrini təqdim etmə tarixindən asılı olmayaraq digər səfirlər qarşısında diplomatik korpusa başçılıq etmək hüququna malikdirlər. Nunsilər bu gün də Fransa, İtaliya, AFR və b. ölkələrdə diplomatik korpuslarda az rol oynamırlar. Keçmiş Fransa müstəmləkələrində Duayen həmişə Fransa səfiri olur.
Duayenin tutduğu mövqe çox məsuliyyətli və incədir. O müxtəlif baxışlara malik həmkarlarının fikirlərini ifadə etməlidir, eyni zamanda unutmamalıdır ki, o, öz hökumətini təmsil edir və buna görə də hərəkətlərində dövlətinin xarici siyasət prinsiplərini, bu və ya digər konkret hadisəyə dair münasibətini əks etdirməlidir. Duayenin protokol məsələlərindən əlavə diplomatik imtiyazlara (diplomatik imtiyazlar və toxunulmazlıq hüququ) aid bütün məsələlərə dair olduğu ölkənin hökuməti qarşısında çıxış edə bilməsi hüququ haqda mülahizə hüquqi cəhətdən əsassızdır, çünki diplomatik korpus hüquqi şəxs və ya yuridik hüquqlara malik siyasi birlik deyildir.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 08 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
0 səs
2 cavab
soruşub 19 Mayda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+1 səs
2 cavab
soruşub 28 Martda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+1 səs
2 cavab
soruşub 01 Martda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+1 səs
4 cavab
soruşub 07 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
...