+2 səs
44 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Döyüşən tərəf nədir?

1 cavab var:

0 səs
Müharibə qanunları və qaydalarını müəyyənləşdirən hüquq və vəzifələrin subyekti, müharibə vəziyyətində olan tərəf. Döyüşən tərəf beynəlxalq və daxili münaqişələr baxımından fərqlənir. Birincilərə dövlətlər və milli-azadlıq mübarizəsi aparan xalqlar, ikincilərə vətəndaş müharibəsindəki tərəflər aiddir.
Döyüşən tərəfin beynəlxalq münaqişədə beynəlxalq-hüquqi statusu müharibənin başlanması ilə, daxili münaqişədə isə tərəflərin vətəndaş müharibəsində döyüşən tərəf kimi beynəlxalq aləmdə tanınmasından sonra meydana çıxır.
Döyüşən tərəfin və bitərəf dövlətlərin (Bitərəflik) müharibə qanunlarına və adətlərinə riayət etmələri məcburidir.
Vətəndaş müharibəsində tərəfin döyüşən tərəf kimi tanınması ona beynəlxalq münasibətlərdə Döyüşən tərəfə aid edilən bütün hüquqlar kompleksindən istifadə etməyə və eləcə də beynəlxalq hüququn subyektləri ilə müqavilə münasibətləri yaratmağa imkan verir.
ikinci Dünya müharibəsi zamanı Fransanın Döyüşən tərəf kimi SSRİ və digər anti- hitler koalisiyası dövlətləri tərəfindən tanınması onunla ittifaq müqavilə münasibətləri yaratmağa əsas vermişdir. F.Marti adına Milli Azadlıq Cəbhəsini və Salvador inqilabi Demokratik Cəbhəsini «səlahiyyətli siyasi qüvvə kimi» tanıyan 1981 il Fransa-Meksika Birgə bəyanatı Döyüşən tərəf kimi tanınmanın özünəməxsus təzahürüdür (Beynəlxalq hüquqi tanınma).

Oxşar suallar

+1 səs
1 cavab
+2 səs
1 cavab
+2 səs
1 cavab
+1 səs
1 cavab
+1 səs
1 cavab
soruşub 25 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
...