+3 səs
81 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Dövlət sərhədləri nədir?

1 cavab var:

+1 səs
 
Dövlətin ərazi hüdudlarını (Dövlətin ərazisi) müəyyən edən hüquqi əsaslandırılmış şərti xəttlərdir. Dövlət sərhədləri bir dövlətin ərazisini digər dövlətin ərazisindən və açıq dəniz sularından ayırır. Qonşu dövlətlər arasında sərhədlər müqavilə qaydasında müəyyən olunur; dövlətin dəniz sərhədləri qanunverici qaydada dövlət tərəfindən müəyyən olunur və onun ərazi sularının kənarından keçir.
Sərhədlərin keçmə xətləri dəqiqliklə müqavilədə təsvir olunur və xəritəyə köçürülür. Bu mərhələ delimita- siya adlanır. Dövlət sərhədlərinin keçməsi təbii zonalar nəzərə alınmaqla və ya alınmadan müəyyən oluna bilər. Dövlət sərhədlərinin keçmə xətlərinin xarakterindən asılı olaraq yer səthində oroqrafik, astronomik və geometrik sərhədlər müəyyən olunmuşdur. Oroqrafik sərhəd - yerin relyefi, dağlar, yüksəliklər, qayalar (yatağın ortası və ya farvaterlə) nəzərə alınmaqla müəyyən olunmuş xəttdir. Astronomik sərhəd meridian üzrə və ya coğrafi xətlər paraleli ilə keçən xətlərdir. Geometrik sərhədlər təbii zona və coğrafi xətlərdən asılı olmayan xətlərdir. Təcrübədə Dövlət sərhədlərinin keçmə xətləri kombinə edilmiş qaydada üstünlük təşkil edir.
Dövlət sərhədlərinin yerlərdə çəkilməsi demarkasiya adlanır. Demarkasiya danışığa gələn dövlətlərin nümayəndələrindən ibarət qarışıq komissiyalar tərəfindən həyata keçirilir. Demarkasiya deli- mitasiya haqda qərarlara müvafiq olaraq sərhəd işarələri ilə (ağac, daş, beton dirəklər, qapayıcı işarələr, dənizdə üzücü nişanlar və s.) qeyd olunur. Hər hansı təbii şəraitlə və ya müəyyən olunmuş yerin əhalisinin sosial-məişət maraqları (məs., Dövlət sərhədləri tikililəri kəsib bölə bilməz, əhalini su mənbələrindən ayıra bilməz və s.) ilə əlaqədar istisna olaraq ayrıca delimitasiya mövqelərindən kənara çıxma hallarına yol verilir. Dövlət sərhədləri xəttinin yerlərdə aydın işarə olunması mühüm praktik əhəmiyyət daşıyır, buna görə də lazım gəldikdə dövlət Dövlət sərhədlərinin redemarkasiyasını - əvvəllər demarkasiya olunmuş sərhədlərin bərpa olunması və ya pozulmuş sərhəd işarələrini yeniləri ilə əvəz etməklə və əlavə sərhəd işarələri qoymaqla yoxlanılmasını həyata keçirir. Demarkasiya olunmuş Dövlət sərhədlərinin dəyişdirilməsi ancaq dövlətlər arasında razılaşmaya əsasən mümkündür.
Müasir beynəlxalq hüquq sərhədlərin dəyişdirilməsinə aşağıdakı əsaslar olduqda yol verir. Birinci bi, xalqlar və millətlərin öz müqəddəratını təyin etmək hüququnu həyata keçirmə prosesi ilə bağlı dövlətlərin və xalqların birləşməsi və ya bölünməsi şəklində baş verir, bu da yeni sərhədlərin meydana çıxmasına və köhnələrinin ləğv olunmasına səbəb olur, ikinci halda sərhəd dövlətləri tərəfindən sərhəd xəttlərinin daha rahat keçməsini müəyyən etmək məqsədilə kiçik torpaq sahələri ilə mübadilə edildikdə mümkündür. Üçüncü halda, kiçik tor
paq sahələri dənizi olmayan dövlətə kompensasiya əsasında (üzmək hüququ verildikdə, pul kompensasiyası ödənildikdə) güzəştə gedilə bilər.
Dövlətin ali hakimiyyəti Dövlət sərhədləri çərçivəsində həyata keçirilir. Dövlət sərhədləri toxunulmazdır. Dövlət sərhədlərinin pozulması suveren dövlətə (Dövlətin suverenliyi) qəsd kimi nəzərdən keçirilir və beynəlxalq hüquqla qadağan olunub. D.s-nin pozulması çox vaxt sərhəd münaqişələrinə, konfliktlərə - sərhəd keşikçilərinin və qonşu dövlətin hakimiyyət orqanlarının bəzən böyüyüb diplomatik münaqişəyə çevrilən kiçik toqquşmalarına səbəb olur.
Dövlət sərhədlərinin qorunması məqsədilə sərhəd yerlərində həm dövlətlərin birtərəfli aktları ilə, həm də beynəlxalq sazişlərlə xüsusi sərhəd və əhalinin davranışı müəyyən olunur.
Dövlət sərhədləri haqda məsələ bütün xalqların və millətlərin onların həyati maraqları və təhlükəsizliyi nəzərə alınmaqla, öz müqəddəratını müəyyən etmək prinsipini tanımaq və hörmət etmək əsasında həll olunmalıdır. Dövlət sərhədlərinin zorakı yolla dəyişdirilməsi ilhaqın bir formasıdır və beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır.

Oxşar suallar

+2 səs
1 cavab
+2 səs
1 cavab
soruşub 16 Fevralda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
2 cavab
soruşub 20 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+1 səs
1 cavab
soruşub 17 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
...