+2 səs
111 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Dövlət mülkiyyətinin toxunulmazlığı nədir?

1 cavab var:

+1 səs
 
Mülkiyyət hüququ subyektinin - suveren dövlətin (Dövlətin suverenliyi) xüsusi statusu ilə şərtləndirilən əmlak hüququ rejimi; bu toxunulmazlıq dövlətin immuniteti ilə sıx bağlı olub, onun suverenliyinin təzahür hallarından biridir. Əmlak sahibi olan dövlətin razılığı olmadan mülkiyyət hər hansı məcburi tədbirə (həbs, məcburi özəlləşdirmə, zəbt və s.) məruz qala bilməz. Bir dövlətin məhkəməsində onun əmlakı ilə bağlı digər dövlətə iddia irəli sürülməsi yolverilməzdir.
Dövlət və ya onun orqanlar, digər dövlətin hər hansı konkret əmlaka sahiblik hüququnun olub-olmaması məsələsini təhqiq edə bilməz.
Dövlət mülkiyyətinin toxunulmazlıq hüququ həm nəzəri, həm də praktik baxımdan geniş qəbul olunsa da, bəzi dövlətlərin hüquq elmində bu prinsipin məhdudlaşdırılmasına haqq qazandıran müxtəlif konsepsiyalar mövcuddur; məs., «ticarət edən dövlət», «funksional toxunulmazlıq», «məhdud toxunulmazlıq» və s.

Oxşar suallar

+2 səs
1 cavab
+2 səs
1 cavab
soruşub 16 Fevralda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
2 cavab
soruşub 20 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
...