+2 səs
64 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Dövlətlərin suveren bərabərliyi prinsipi nədir?

1 cavab var:

0 səs
BMT Nizamnaməsinin 2-ci maddəsinin 1-ci bəndində öz birbaşa ifadəsini tapmış müasir beynəlxalq hüququn əsas prinsiplərindən biridir. Bu prinsipinin məzmunu iki ünsürdən ibarətdir: 1) hər bir dövlət tam dövlət suverenliyinə malikdir və öz siyasi və iqtisadi sistemini sərbəst və maneəsiz olaraq özü müəyyən edir. Hər bir dövlət bütün digər dövlətlərin suverenlıüinə, o cümlədən ərazi bütövlüyünə hörmət etməlidir; 2) bütün dövlətlər ərazisinin (Dövlətin ərazisi) miqyasından, əhalisinin sayından, inkişaf səviyyəsindən və hərbi-siyasi potensialından asılı olmayaraq hüquqi cəşətdən bərabərdir. Beynəlxalq təşkilatlarda. bır qayda olaraq, hər bir dövlət bir səsə malikdir. Bu prinsip BMT Nizamnaməsinə uyğun olaraq dövlətlər arasında dostluq münasibətlərinə və əməkdaşlığa aid beynəlxalq hüquq prinsipləri haqqında 1970 il Bəyannaməsində (Beynəlxalq hüququn prinsipləri haqqında Bəyannamə 1970) öz əksini tapmışdır.

Oxşar suallar

+2 səs
1 cavab
+2 səs
1 cavab
soruşub 21 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
+3 səs
1 cavab
soruşub 16 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
soruşub 09 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
...