+2 səs
97 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Dövlətlərin suveren bərabərliyi nədir?

1 cavab var:

0 səs
Beynəlxalq hüququn əsas prinsiplərindən biri; bu prinsipə müvafiq olaraq, bütün dövlətlər eyni hüquq və vəzifələrə malikdir, iqtisadi, sosial və siyasi sistemlərindən asılı olmayaraq, beynəlxalq birliyin bərabərhüquqlu üzvləridirlər. D.s.b. prinsipi BMT Nizamnaməsində, 1970 il Beynəlxalq hüququn prinsipləri haqqında Bəyannamədə, Avropada Təhlükəsizlik və Əməkdaşlığa dair müşavirənin yekun aktında (Yekun akt) və s. beynəlxalq sənədlərdə təsbit edilmişdir. D.s.b. prinsipi aşağıdakı cəhətləri özündə ehtiva edir: dövlətlər hüquqi baxımdan bərabərdirlər: hər dövlət tam dövlət suverenliyinə xas hüquqlardan istifadə edir; hər dövlət digər dövlətin suveren subyekt olmasına hörmət etməlidir; dövlətin ərazi bütövlüyü və siyasi müstəqilliyi toxunulmazdır; hər dövlət özünün siyasi, sosial, iqtisadi və mədəni sistemini azad surətdə seçmək və inkişaf etdirmək və eynilə də öz qanunlarını və inzibati qaydalarını müəyyənləşdirmək hüququna malikdir; hər dövlət özünün beynəlxalq təəhhüdlərinə tamamilə və vicdanla əməl etməli, başqa dövlətlərlə dinc şəraitdə yaşamalıdır.

Oxşar suallar

+2 səs
1 cavab
+2 səs
1 cavab
+2 səs
1 cavab
+2 səs
1 cavab
soruşub 16 Fevralda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
...