+2 səs
105 baxış

Dövlət katibi nədir?

1 cavab var:

0 səs
Amerika və Avropanın bir sıra dövlətlərində yüksək vəzifəli dövlət məmuru. Bəzi ölkələrdə, xüsusilə də ABŞ-da dövlət departamentinin başçısı, xarici işlər nazirinə uyğun gələn vəzifəli şəxsdir. ABŞ- Dövlət katibinin vəzifələrinə xarici siyasət məsələlərinə rəhbərliklə yanaşı qanunlarının nəşr edilməsi də daxildir. Yeni prezident seçkilərinədək prezident yeri - əgər prezident ölərsə, bu və ya digər səbəbdən prezident və vitse-prezident istefaya gedərsə - boş qaldıqda Dövlət katibi konstitusiya qanunlarına müvafiq olaraq avtomatik ABŞ prezidenti olur. Dövlət katibi senatın razılığı ilə prezident tərəfindən təyin edilir. O, hökumətin digər üzvləri kimi nə nümayəndələr palatasının üzvü, nə də senator ola bilməz. Dövlət katibi Konqres qarşısında deyil, prezident qarşısında məsuliyyət daşıyır.
İngiltərədə Dövlət katibiləri (statssec- retar) Britaniya Birliyi üzrə nazir, aviasiya naziri, xarici işlər naziri, daxili işlər naziri, Şotlandiya işləri üzrə nazir, hərbi nazirdir.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 18 Yanvarda, 20 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
+2 səs
1 cavab
+2 səs
1 cavab
soruşub 16 Fevralda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
2 cavab
soruşub 20 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
...